“Politico”: ABŞ və Britaniya Ukraynanın Rusiyaya zərbə endirməsinə icazə verə bilər

“Politico”: ABŞ və Britaniya Ukraynanın Rusiyaya zərbə endirməsinə icazə verə bilər
# 13 sentyabr 2024 12:48 (UTC +04:00)

ABŞ və Böyük Britaniya BMT-nin Baş Assambleyasının 79-cu Sessiyası çərçivəsində Ukrayna ordusunun Rusiyaya zərbələr endirməsinə qoyulan məhdudiyyətləri aradan qaldırdığını elan edə bilər.

APA-nın məlumatına görə, bu iddia ilə “Politico” nəşri çıxış edib.

Müəllif yazıb ki, ABŞ-nin dövlət katibi Antoni Blinken Varşava səfəri çərçivəsində bununla bağlı müzakirələrin aparıldığını qeyd edib. Araşdırma məqaləsində Ukrayna Prezidenti Vladimir Zelenskinin sentyabrın 12-də verdiyi bəyanata da istinad edilir.

İddia olunur ki, Böyük Britaniya bu icazənin verildiyini rəsmi Vaşinqtondan daha əvvəl elan etməyi planlaşdırır. Ekspertlərin qənaətinə görə, Ukraynaya veriləcək bu icazə müharibənin taleyi üçün həlledici rol oynayacaq.

Qeyd edək ki, sentyabrın 24-dən 30-dək Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu Sessiyası baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR