Polşa 155 mm-lik mərmilərin alınması üçün Avropa Müdafiə Agentliyi (EDA) ilə çərçivə sazişi imzalayıb.
APA xəbər verir ki, bu barədə “RMF 24” radiosu məlumat verib.
Qeyd edilib ki, söhbət Ukrayna üçün birgə sursat alınmasından, eləcə də Avropa İttifaqı (Aİ) ölkələrinin öz ehtiyatlarını artırmasından gedir.
Müqavilə, qeyd edildiyi kimi, hələlik, xüsusən də mərmilərin növləri və onların dəqiq miqdarı ilə bağlı təfərrüatları ehtiva etmir, lakin sənədin imzalanması o deməkdir ki, Aİ ölkələri artıq Polşa fabriklərində xüsusi sifarişlər verə bilərlər.
Məlumata görə, Polşa silah fabriklərindən Aİ-nin ilk birgə sifarişləri bu ayın əvvəlində mümkün olacaq.