Bank Of Baku

Polşa-Belarus sərhədində miqrant axını ilə bağlı vəziyyət gərginləşib

Polşa-Belarus sərhədində miqrant axını ilə bağlı vəziyyət gərginləşib
# 08 iyun 2024 14:53 (UTC +04:00)

Belarus-Polşa sərhədinə miqrant axını ilə bağlı vəziyyət gərginləşib.

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, bunun qarşısını almaq üçün Polşanın ultra-sağçı partiyaları hakimiyyəti sərhədlərdə nəzarəti gücləndirməyə çağırıb.

Öz növbəsində hökumət yaranmış vəziyyətdə Rusiya və Belarusu günahlandıraraq, bunu hibrid müharibənin tərkib hissəsi adlandırıb. Yaranmış vəziyyəti sabitləşdirmək üçün Polşanın baş naziri Donald Tusk sərhəd boyunca qadağan zona rejiminin tətbiqinə qərar verib.

Sərhəd boyunca vəziyyəti nəzarətə götürmək müdafiə naziri Pavel Zalevskiyə tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR