Polşa hakimiyyəti Belarusun hərbi attaşesini ölkədən çıxarmaq qərarına gəlib.
APA-nın məlumatına görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Lukas Yassina bildirib.
“Yaxın vaxtlarda Belarus hərbi attaşesi Polşanı tərk edəcək”, - o, Polşa mətbuatına deyib.
Agentliyin məlumatına görə, bu qərar Varşavanın təhlükəsizlik baxımından Bobrovniki sərhəd-keçid məntəqəsini bağlamaq qərarından sonra baş vermiş Polşa Sərhəd Xidmətinin əlaqələmndirici zabitinin Belarusdan qovulmasına cavab olaraq qəbul edilib.