Polşa hökuməti Rusiya qazından tam imtina edəcək.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Polşa hökumətinin nümayəndəsi Pyotr Naimski bildirib.
Onun sözlərinə görə, bu, 2022-ci ildən sonra baş verəcək.
“Qazın bir hissəsi Svinouysts limanı vasitəsilə alınır. Biz bu liman vasitəsilə ildə 3 milyard kubmetr qaz alırıq. Qaz əsasən Qətərlə bağlanmış uzunmüddətli müqavilələrə əsasən alınır. Lakin artıq ABŞ-dan da qaz nəqli başlayıb. Polşanı Danimarka vasitəsilə Norveç şelfi ilə birləşdirəcək “Baltik Pipe” (Baltik Kəmər) qaz boru kəmərinin tikintisi də davam edir”, - deyə P. Naimski qeyd edib.