Bank Of Baku

Polşa Senatı Rusiya hakimiyyətini "terrorçu rejim" kimi tanıyıb

Polşa Senatı Rusiya hakimiyyətini "terrorçu rejim" kimi tanıyıb
# 26 oktyabr 2022 18:03 (UTC +04:00)

Polşa Senatı Rusiya hakimiyyətini "terrorçu rejim" kimi tanıyan qətnamə qəbul edib.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Senatın rəsmi internet səhifəsində yerləşdirilən məlumata əsasən, Senatın 85 üzvü səsvermədə iştirak edib və qətnamənin lehinə səs verib.

Polşa Senatı beynəlxalq ictimaiyyətə də çağırış edib və Ukraynada törədilən cinayətləri araşdıran Beynəlxalq Cinayət Məhkəməsinə ümumdünya dəstəyi göstərməyə səsləyib.

Senat həmçinin Polşa hökumətinə və xalqına Ukraynadan gələn qaçqınlara göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR