Bank Of Baku

Polşa Ukraynadakı cinayətlərlə bağlı beynəlxalq komissiya yaradılmasını təklif edib

Mateuş Moravietski

© APA | Mateuş Moravietski

# 04 aprel 2022 17:01 (UTC +04:00)

Polşanın Baş naziri Mateuş Moravietski Ukraynada Rusiyanın müharibə cinayətlərinin araşdırılması üçün beynəlxalq komissiyanın yaradılmasını təklif edib.

APA-nın CNN-ə istinadən xəbərinə görə, Baş nazir bu barədə Varşavada yerli mediaya açıqlamasında bildirib.

O, müstəqil komissiyaya həkimlər, kriminoloqlar və mütəxəssislərin daxil edilməsini təklif etdiyini qeyd edib.

“Biz Ukraynanın şəhərlərində cinayətləri araşdırmaq üçün beynəlxalq komissiyanın yaradılmasını təklif edirik. Biz Buça, İrpin, Qostomel və Motijini xatırlayacağıq. Ruslar soyqırımı cinayəti törədiblər. Bu, lazımı şəkildə sənədləşdirilməli və mühakimə edilməldir”, - Baş nazir vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR