Bank Of Baku

Polşa Ukraynanın əlavə təhlükəsizlik təminatı üçün NATO-ya müraciət edəcək

Polşa Ukraynanın əlavə təhlükəsizlik təminatı üçün NATO-ya  müraciət edəcək
# 05 aprel 2023 17:10 (UTC +04:00)

Rəsmi Varşava iyulda Vilnüsdə keçiriləcək NATO sammitində Kiyev üçün əlavə təhlükəsizlik təminatları ilə bağlı müraciət edəcək.

APA xəbər verir ki, bu barədə Polşa Prezidenti Andjey Duda ukraynalı həmkarı Vladimir Zelenski ilə birgə Varşavada keçirdiyi mətbuat konfransında deyib.

"Bu gün biz Ukrayna üçün əlavə təminatlar, təhlükəsizlik zəmanətləri almağa çalışırıq ki, bu da Ukraynanın hərbi potensialını gücləndirəcək", - Duda Zelenski ilə danışıqlardan sonra jurnalistlərə bildirib.

Prezident Duda əlavə edib ki, Polşa Ukraynanın NATO-ya tam üzvlüyünü dəstəkləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR