Bank Of Baku

Polşada F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Polşada F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb, pilot ölüb
# 28 avqust 2025 22:25 (UTC +04:00)

Polşanın Radom şəhərində F-16 qırıcı təyyarəsi hava şousuna hazırlıq zamanı qəzaya uğrayıb, pilot ölüb.

APA xəbər verir ki, bu barədə Polşa hökumətinin nümayəndəsi Adam Szlapka məlumat verib.

Onun sözlərinə görə, F-16 Radomda “AirShow” aviasiya sərgisinə hazırlıq zamanı qəzaya uğrayıb.

"Təəssüf ki, pilot öldü. Müdafiə naziri Vladislav Kosiniak-Kamış baş nazirlə danışıb və indi qəza yerinə gedir", - sözçü bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda qırıcının kəskin hündürlüyü itirərək yerə çırpılması əks olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR