Polşada keçirilmiş parlament seçkilərinin nəticələri açıqlanıb.
APA xəbər verir ki, bu barədə ölkənin Seçki Komissiyası məlumat yayıb.
Komissiya seçki dairələrinin yarıdan çoxunda təşkil edilən səsvermənin nəticələrini elan edib. Seçki məntəqələrinin 56,13 faiz hissəsindən əldə olunan məlumata əsasən, hakim “Hüquq və Ədalət” partiyası 37,88 faiz, “Vətəndaş Koalisiyası” bloku 28,25 faiz səs toplayaraq birinci və ikinci sırada yer alıb. Səslərin digər hissəsini “Levitsa”, “Üçüncü yol”, "Konfederasiya" partiyaları toplayıb.