Paşha Bank
Bank Of Baku

Polşada Ukrayna vətəndaşı monastırda keşişlərə bıçaqla hücum edib, ölən və yaralananlar var

Polşada Ukrayna vətəndaşı monastırda keşişlərə bıçaqla hücum edib, ölən və yaralananlar var
# 24 sentyabr 2026 14:54 (UTC +04:00)

Polşanın Yaroslav şəhərində monastırda bıçaqlı hücum olub, nəticədə 5 nəfər yaralanıb.

Bu barədə “RMF24” məlumat yayıb.

Hadisə bu gün səhər saatlarında baş verib.

Məlumata görə, xəsarət alanlardan 3-nün keşiş olduğu bildirilir.

Bütün yaralılar xəstəxanaya yerləşdirilib. Keşişlərdən biri tibb müəssisəsində ölüb, digər ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Polis hücum edən şəxsi saxlayıb. Onun 31 yaşlı Ukrayna vətəndaşı olduğu və üzərində bıçaq aşkarlandığı bildirilib.

Hücumun motivləri hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR