Polşa Baş naziri Mateuş Moravietski ABŞ-a səfər edəcək.
APA xəbər verir ki, bu barədə Polşa Baş nazirinin Ofisi məlumat yayıb.
Bildirilib ki, Baş nazir Moravietski aprelin 11-13-də ABŞ-da səfərdə olacaq.
"Baş nazirin Vaşinqtona səfəri Ağ Evdə ABŞ-ın vitse-prezidenti Kamala Harrislə görüşlə başlayacaq. Polşa hökumətinin başçısı Polşa-Amerika iqtisadi əməkdaşlığı, o cümlədən energetika sahəsində məsələləri müzakirə edəcək. Təhlükəsizliklə bağlı mövzular da müzakirə olunacaq mövzular arasındadır. Baş nazir səfəri çərçivəsində Amerika müdafiə sənayesi nümayəndələri ilə görüşlər keçirəcək", -Baş nazirin Ofisi bildirib.
Polşa hökumətinin başçısı Beynəlxalq Valyuta Fondunda keçiriləcək panel müzakirəsində də iştirak edəcək.