Bank Of Baku

Polşanın Baş naziri Ukraynaya "Leopard" tanklarını çatdırıb - YENİLƏNİB-1

Polşanın Baş naziri Ukraynaya "Leopard" tanklarını çatdırıb - YENİLƏNİB-1
# 24 fevral 2023 16:21 (UTC +04:00)

Polşanın Baş naziri Ukraynaya səfəri zamanı bu ölkəyə “Leopard” tankları aparıb.

APA Associated Press-ə istinadən xəbər verir ki, Polşa Prezidenti Andrej Duda Baş nazir Mateuş Moravietski fevralın 24-də Kiyevə səfəri zamanı Polşanın vəd etdiyi “Leopard” tanklarının ilk partiyasını çatdırdığını təsdiqləyib.

Qeyd edək ki, Polşa Ukraynaya 14 "Leopard" döyüş tankları verəcəyini bildirmişdi. Moravietskinin Ukraynaya neçə tank gətirdiyi açıqlanmır.

***

15:17

Polşanın bu gün yolladığı “Leopard 2” tankları artıq Ukraynadadır.

APA xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Mariuş Blaşak bildirib.

***

13:46

Polşa bu gün Ukraynaya “Leopard 2” tankları göndərəcək.

APA xəbər verir ki, bu barədə “Bloomberg”ə adı açıqlanmayan Polşa rəsmisi bildirib.

Məlumata görə, Varşava Ukrayna üçün nəzərdə tutduğu 14 tankı bu gün göndərəcək.

Qeyd olunub ki, Polşa Baş naziri Mateuş Moravietski bu gün müharibənin ildönümü münasibətilə Kiyevə səfəri çərçivəsində tankların göndərildiyini bəyan edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR