Bank Of Baku

Portuqaliyada bu gün keçiriləcək prezident seçkilərində 11 nəfər mübarizə aparacaq

Portuqaliyada bu gün keçiriləcək prezident seçkilərində 11 nəfər mübarizə aparacaq
# 18 yanvar 2026 02:13 (UTC +04:00)

Portuqaliyada bu gün prezident seçkiləri keçiriləcək və bu vəzifə uğrunda 11 namizəd (10 kişi və bir qadın) mübarizə aparacaq.

APA xəbər verir ki, seçki məntəqələri yerli vaxtla səhər saat 8:00-da açılacaq və axşam saat 7:00-a qədər açıq qalacaq. İlkin nəticələrin həmin gecə açıqlanması gözlənilir.

Portuqaliya qanunvericiliyinə görə, prezident beş illik müddətə seçilir. Əgər heç bir namizəd səslərin 50%-dən çoxunu toplaya bilməsə, 8 fevralda yenidən seçki keçiriləcək.

Hazırkı dövlət başçısı Marselo Rebelo de Souza 2016-cı ildə vəzifəyə başlayıb və 2021-ci ildə yenidən seçilib. Qanunvericilik onun ardıcıl üç dəfə prezident olmasına icazə vermədiyi üçün o, yenidən namizəd ola bilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR