Bank Of Baku

Portuqaliyada helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub

Portuqaliyada helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub
# 30 avqust 2024 23:23 (UTC +04:00)

Portuqaliyada yanğınsöndürən helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə Portuqaliyanın “Lusa” agentliyi məlumat yayıb.

Məlumata görə, helikopter ölkənin şimalında çaya düşüb. Helikopterin içərisində Portuqaliya Milli Qvardiyasının iki əməkdaşının cəsədi tapılıb.

Daha sonra agentlik daha iki hərbçinin meyitinin tapılması barədə məlumat yayıb.

Bir nəfər itkin düşmüş hesab olunur.

Agentlik bildirir ki, helikopterin pilotu xəstəxanaya yerləşdirilib, vəziyyəti stabildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR