Bank Of Baku

Portuqaliyanın Baş naziri istefa verib

Portuqaliyanın Baş naziri istefa verib
# 07 noyabr 2023 18:32 (UTC +04:00)

Portuqaliyanın Baş naziri Antonio Kosta istefasını ölkə Prezidenti Marselo Rebelo de Sousaya təqdim edib.

APA xəbər verir ki, bu barədə Portuqaliyanın SIC telekanalı məlumat yayıb.

Bildirilib ki, Baş nazir Antonio Kosta, hökumətin ölkədə litium hasilatı və hidrogen layihələri ilə bağlı fəaliyyətində iddia edilən qanun pozuntuları ilə bağlı aparılan araşdırma fonunda prezidentə istefasını təqdim edib.

Baş nazirin Ofisi məlumat yayıb ki, Antonio Kosta xalqa müraciət edəcək.

Qeyd edək ki, Kostanın nazirlərindən biri və onun aparat rəhbəri Vitor Eskariya polis tərəfindən saxlanılıb, müxtəlif dövlət obyektlərində 40-dan çox axtarış aparılıb. İstintaq müəyyən edib ki, şübhəlilər litium hasilatı və hidrogen layihələri sövdələşmələrlə bağlı prosedurları sürətləndirmək üçün Kostanın adından və səlahiyyətlərindən istifadə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR