Bank Of Baku

Putin Ərdoğana onun haqda çəkilmiş sənədli film təqdim edib

Putin Ərdoğana onun haqda çəkilmiş sənədli film təqdim edib
# 05 sentyabr 2023 14:49 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı ona sənədli film təqdim edib.

APA TASS-a istinadən xəbər verir ki,bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Rusiyanın TASS dövlət xəbər agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın rejissorluğu ilə çəkilən sənədli film Ərdoğanın həyatı və siyasi karyerasından bəhs edir.

25 dəqiqəlik filmdə Ərdoğanla Qusmanın söhbətindən fraqmentlər yer alıb.
Filmdə Ərdoğanın uşaqlığı ilə yanaşı, məktəb və universitet illərindən də bəhs edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR