Bank Of Baku

Putin Ordunun xüsusi döyüş növbətçiliyi rejiminə keçirilməsini əmr edib

Vladimir Putin

© APA | Vladimir Putin

# 27 fevral 2022 17:35 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovla görüşüb.

APA-nın Moskva müxbirinin məlumatına görə, Putin ordunun strateji çəkindirmə qüvvələrinin xüsusi döyüş növbətçiliyi rejiminə keçirilməsi barədə göstəriş verib.

V. Putin deyib ki, Qərb ölkələri təkcə hamının yaxşı bildiyi iqtisadi sahədə ölkəmizə qarşı qeyri-dost addımlar atmır: "Həm də NATO-nun aparıcı dövlətlərinin yüksək səviyyəli rəsmiləri də ölkəmizə qarşı aqressiv bəyanatlar verirlər".

Qeyd edək ki, Müdafiə Nazirliyinin nəşr etdiyi müdafiə terminologiyası təlimatına əsasən, strateji çəkindirmə qüvvələri Rusiya Silahlı Qüvvələrinin döyüş gücünün əsasını təşkil edir, Rusiyaya və onun müttəfiqlərinə qarşı təcavüzün qarşısını almaq, o cümlədən nüvə silahının istifadəsi ilə müharibədə təcavüzkarı məğlub etmək üçün nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR