Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan arasında təkbətək görüş başa çatıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, Putin-Ərdoğan danışıqları ümumilikdə 3 saata yaxın davam edib.
Qeyd edək ki, Putin və Ərdoğan əvvəl geniş tərkibdə nümayəndə heyətləri ilə birgə, daha sonra isə işgüzar nahar formatında təkbətək görüşüblər.
Prezidentlərin birgə mətbuat konfransı keçirəcəkləri planlaşdırılıb.
***
16:24
Soçidə Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan arasında geniş tərkibdə danışıqlar başa çatıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, liderlərin görüşü təxminən bir saat yarım davam edib.
Prezidentlər işgüzar nahar formatında ünsiyyəti davam etdirəcəklər.
Daha sonra Putin və Ərdoğan birgə mətbuat konfransı keçirəcəklər, mətbuat konfransı üçün artıq hər şey hazırlanıb.
***
14:14
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan arasında görüş başlayıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, Putin-Ərdoğan danışıqları Soçidə keçirilir.