Bank Of Baku

Putin və Makron telefonla danışıb

Vladimir Putin və Emmanuel Makron

© APA | Vladimir Putin və Emmanuel Makron

# 25 fevral 2022 00:44 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla telefonla danışıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Fransa tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Putin və Makron Ukrayna ətrafındakı vəziyyətlə bağlı ciddi və açıq fikir mübadiləsi aparıblar”, - deyə Kremlin məlumatında bildirilib.

Qeyd olunub ki, Putin Makrona xüsusi hərbi əməliyyat keçirmək qərarının səbəbləri və şərtləri ilə bağlı hərtərəfli izah verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR