Qara dənizdə taxıl yükləri daşıyan Sent Kitts və Nevis bayraqlı gəmi Rumıniya Sahil Mühafizəsinə göyərtəsində partlayış baş verdiyi barədə məlumat verib və vəziyyətin qiymətləndirilməsi üçün Konstansa limanına marşrutun dəyişdirilməsini istəyib.
APA xəbər verir ki, bu barədə Rumıniyanın “news.ro” agentliyi məlumat yayıb.
Qeyd olunur ki, hadisə yerinə yaxınlaşan sərhəd polis gəmisi kapitanla əlaqə yaradıb, lakin o, kömək istəməyib.
“Gəmi heyətinin həyatını xilas etmək üçün sərhədçilərin müdaxiləsinə ehtiyac olmayıb”, - məlumatda deyilir.