Brüsseldə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili NATO Baş katibi Yens Stoltenberqlə görüşüb.
APA-nın Tbilisi bürosu xəbər verir ki, görüşdə NATO-Gürcüstan tərəfdaşlığı müzakirə edilib.
Görüşdən əvvəl tərəflər mətbuata birgə açıqlama veriblər.