Bank Of Baku

Rada Zelenskinin Rusiya banklarına 50 illik sanksiyalar barədə təşəbbüsünü təsdiqləyib

Rada Zelenskinin Rusiya banklarına 50 illik sanksiyalar barədə təşəbbüsünü təsdiqləyib
# 23 fevral 2023 17:55 (UTC +04:00)

Ukrayna Ali Radası Prezidenti Vladimir Zelenskinin Rusiyanın bütün banklarına qarşı sanksiyaların tətbiqi ilə bağlı təqdim etdiyi qətnamə layihəsini təsdiq edib.

APA xəbər verir ki, bu barədə deputat Yaroslav Jeleznyak özünün “Telegram” kanalında bildirib.

Bununla da Rusiyada qeydiyyatdan keçmiş və yaxud orada yerləşən bütün banklara qarşı sanksiyalar tətbiq edilir və məhdudiyyətlər 50 il müddətində qüvvədə olacaq.

Bura xüsusilə Rusiya Mərkəzi Bankı, bank olmayan kredit təşkilatları (BOKT), ödəniş sistemlərinin operatorları, fond bazarının peşəkar iştirakçıları, sığorta şirkətləri, Rusiya Federasiyasında xidmət göstərən investisiya fondları və digər qurumlar daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR