Ukraynanın Xarkov şəhərinə endirilən raket zərbəsi zamanı azı 10 nəfər ölüb, 20 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə Xarkov vilayət administrasiyası öz Facebook səhifəsində yazıb.
Dağıntılar altında daha 10-a qədər şəxsin olduğu bildirilib.
***
12:23
Ukraynanın Xarkov şəhərinə endirilən raket zərbəsi zamanı xəsarət alanların sayı açıqlanıb.
APA Unian.net-a istinadən xəbər verir ki, Xarkov vilayət administrasiyasının yanına düşən raket azı 6 nəfərin, o cümlədən 1 uşağın yaralanmasına səbəb olub.
Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov Rusiyanın endirdiyi hava zərbəsi zamanı ölən və yaralananların dəqiq sayının müəyyənləşmədiyini deyib.