Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Yeddilik (G7) Liderləri Zirvəsində xüsusi qonaq qismində çıxış edəcək.
APA xarici mətbuata istinadən xəbər verir ki, Ərdoğanın çıxışının əsas hissəsi İsrailin Qəzzada 8 aydır davam edən hərbi əməliyyatlarına həsr olunacaq.
Ərdoğan Qəzzada atəşkəsin təmin edilməsi üçün Türkiyənin göstərdiyi diplomatik səylərdən və humanitar yardımlardan danışacaq.
Bundan başqa, Ərdoğanın çıxışında Rusiya-Ukrayna müharibəsi və iqtisadi əməkdaşlıq məsələlərinə də toxunacağı bildirilir.