Bank Of Baku

Reuters: Aİ səfirləri Rusiyaya qarşı 15-ci sanksiyalar paketini müzakirə edəcəklər

Reuters: Aİ səfirləri Rusiyaya qarşı 15-ci sanksiyalar paketini müzakirə edəcəklər
# 26 noyabr 2024 20:42 (UTC +04:00)

Noyabrın 27-də Aİ səfirləri Rusiyaya qarşı 15-ci sanksiyalar paketi ilə bağlı müzakirələrə başlayacaqlar.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bu sanksiyalar paketi Rusiya neftini daşıyan 29 şirkət, 54 fiziki şəxs və 48 tankerə məhdudiyyətlərin tətbiqini əhatə edəcək.

Agentliyin mənbələrinə görə, məhdudiyyətlər xüsusilə Rusiya və Çinin dron istehsalçılarına təsir edəcək.

Bu paketin ilin sonuna kimi qəbul ediləcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR