Bank Of Baku

Reznikov istefa məktubunu Ukrayna Ali Radasına təqdim edib - FOTO

Oleksiy Reznikov

© APA | Oleksiy Reznikov

# 04 sentyabr 2023 11:16 (UTC +04:00)

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov istefa məktubunu Ali Radaya təqdim edib.

APA xəbər verir ki, bu barədə Reznikov "X" platformasında ("Twitter") paylaşım edib.

"Mən istefa məktubumu Ukrayna parlamentinin sədri Ruslan Stefançuka təqdim etdim. Ukrayna xalqına xidmət etmək və Ukraynanın müasir tarixinin ən çətin dövrü olan son 22 ayda Ukrayna ordusu üçün çalışmaq şərəf idi", - o paylaşımda qeyd edib.

Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski müdafiə naziri Reznikovun postundan azad olunması ilə bağlı videomüraciət yayıb. Prezidentin sözlərinə görə, nazirliyə Rüstəm Umerov rəhbərlik edəcək".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR