Bank Of Baku

Reznikov: “Kiyev gələcəkdə “Taurus” qanadlı raketlərini alacaq”

Reznikov: “Kiyev gələcəkdə “Taurus” qanadlı raketlərini alacaq”
# 27 avqust 2023 00:03 (UTC +04:00)

Almaniya Ukraynaya “Taurus” qanadlı raketlərini tədarük edəcək.

APA-nın “Die Neue Westfälische” (NW) qəzetinə istinadən verdiyi məlumata görə, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.

"Bild", "Welt" və "Politico"ya müsahibə verən Reznikov, "Mən çox optimistəm və gələcəkdə Almaniyadan “Taurus” alacağımızı görürəm" açıqlamasını verib.

Qeyd olunur ki, Ukraynanın tərəfdaşı olan Almaniya artıq Kiyevə bir çox müasir sistemlər verib. Eyni zamanda, Reznikov qanadlı raketlərin nə vaxt əldə olunacağını deməyib.

"Amma bunun bir il çəkəcəyini düşünmürəm" deyə Reznikov bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR