Ukrayna Qara dənizdə Rusiya donanmasına "Moskva" kreyserinin batmasına bənzər yeni hücum hazırlayır.
APA UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov brifinqdə deyib.
"Düşmənimizə hələ də məlum olmayan bəzi detallar var. Bu da o deməkdir ki, biz onlara dənizdə gəmiləri ilə bağlı daha bir sürpriz təqdim edə bilərik. Biz bu hekayəni təkrarlamaq üçün sadəcə uyğun anı gözləyirik", - müdafiə naziri bildirib.
Reznikov qeyd edib ki, donanma rəhbərliyinin tələbi ilə "Moskva" kreyserinin batmasının təfərrüatlarını açıqlamayacaq.
"Mən həqiqətən bildiyim təfərrüatları bölüşmək istəyirəm, lakin Ukrayna donanmasının komandiri Oleksiy Neyjpapa ilə bu barədə razılaşmışıq. İndi bütün təfərrüatları açıqlaya bilmərik", - o deyib.