Reznikov: Ukrayna ordusunun hələ də canlı qüvvəyə ehtiyacı var

Reznikov: Ukrayna ordusunun hələ də canlı qüvvəyə ehtiyacı var
# 06 mart 2023 14:09 (UTC +04:00)

Ukrayna ordusunun hələ də canlı qüvvəyə ehtiyacı var.

APA “Unian”a istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Aleksey Reznikov bildirib.

Onun sözlərinə görə, müharibənin əvvəlində təsdiqlənmiş səfərbərlik planı hələ yekunlaşmayıb: “Baş Qərargah nə qədər sürücü, atıcı, operator, artilleriyaçı və snayperə ehtiyac olduğunu dəqiq bilir. Baş Qərargah komandirlərə tapşırıqları müəyyənləşdirir”.

Reznikov səfərbər edilmiş zabitlərin liderlik keyfiyyətlərinin az olduğunu vurğulayıb.

“Onların 90%-i hər şeyi yenidən öyrənir. Müttəfiqlər kiçik, orta komandir heyətinin və çavuşların liderlik kurslarının təşkil edilməsini təklif edir”, - Reznikov deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR