Bank Of Baku

Roma Papası Buçada baş verənləri qınayıb, Ukrayna bayrağını öpüb - VİDEO

Roma Papası Fransisk

© APA | Roma Papası Fransisk

# 06 aprel 2022 15:13 (UTC +04:00)

Roma Papası Fransisk Ukraynanın Buça şəhərində törədilmiş qətliamı qınayıb.

APA “Reuters”ə istinadən xəbər verir ki, Papa Fransisk bu gün Vatikanda auditoriya qarşısında keçirdiyi görüş zamanı qətliamı qınayaraq Buça şəhərindən göndərilmiş Ukrayna bayrağını öpüb.

“Ukraynadan son xəbərlər bizə rahatlıq və ümid gətirmək əvəzinə Buça qətliamı kimi yeni vəhşiliklər gətirdi. Bu müharibəni dayandırın! Qoyun silahlar sakit qalsın! Ölüm və dağıdıcılığı dayandırın!”, - Papa bildirib.

Papa Fransisk çıxışının əvvəlində BMT-ni qeyri-effektivlikdə ittiham edib: “Ukraynadakı müharibə fonunda biz BMT-nin qeyri-effektivliyinə şahid oluruq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR