Ruhani: "Sanksiyalar qaldırılarsa, ABŞ-la danışıqlar mümkündür"

Ruhani: "Sanksiyalar qaldırılarsa, ABŞ-la danışıqlar mümkündür"
# 29 may 2019 14:48 (UTC +04:00)

"Sanksiyaların aradan qaldırılacağı təqdirdə, ABŞ-la danışıqlar mümkündür".

ONA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə İran prezidenti Həsən Ruhani deyib.

"Ədalətsiz sanksiyaların qaldırılacağı, öhdəliklərin yerinə yetiriləcəyi və tərk edilən danışıqlar masasına geri dönüldüyü zaman qapılar onlar üçün açıq olacaq. Çünki xalqımız sizin sözlərinizə görə deyil, hərəkətlərinizə görə qiymət verir", - deyə Ruhani bildirib.

Qeyd edək ki, bir neçə gün öncə ABŞ prezidenti Tramp açıqlamasında "Mən inanıram ki, İran razılığa gəlmək istərdi və bu baş verəcək", - deyə qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR