Rumıniya Müdafiə Nazirliyi ABŞ Dəniz Piyadaları Korpusundan 44 ədəd AAV-7 tırtıllı amfibiya-hücum maşınının alınması məqsədilə müqavilənin bağlanması proseduruna başlamaq üçün parlamentin ilkin təsdiqini istəyib.
APA xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu hərbi texnika ilə təminat Rumıniya ordusunun 2040-cı ilə qədər transformasiyası Proqramının icrası çərçivəsində həyata keçirilir.