Rumıniya Müdafiə Nazirliyi ötən gecə Rusiya pilotsuz uçuş aparatlarının (PUA) ölkə ərazisinə düşməsi ilə bağlı xəbərləri təkzib edib.
APA xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin bəyanatında deyilir.
Bəyanatda qeyd edilib ki, Rumıniya MN Rusiya ordusunun Ukrayna ərazilərinə hücumunu pisləyir. Eyni zamanda bildirilib ki, Rusiya tərəfindən Ukraynaya qarşı istifadə olunan hücum vasitələri heç zaman Rumıniyanın ərazisinə və ya ərazi sularına təhdidlər yaratmayıb.
Xatırladaq ki, Ukrayna XİN-in bəyanatına əsasən, ölkənin Dövlət Sərhəd Xidməti İzmail limanının yerləşdiyi əraziyə Rusiyanın bu gecə kütləvi hücum etdiyini və bu zaman Rumıniya ərazisinə rus dronlarının düşərək partladığını bildirib.