Bank Of Baku

Rumıniya Türkiyədən “Bayraktar TB2” dronlarını alıb

Rumıniya Türkiyədən “Bayraktar TB2” dronlarını alıb
# 26 aprel 2023 03:31 (UTC +04:00)

“Bayraktar TB2” pilotsuz uçuş aparatları Rumıniyaya verilib.

APA xəbər verir ki, bu barədə BAYKAR şirkətinin rəhbəri Haluk Bayraktar “Twitter” hesabında paylaşım edib.

“Qarşılıqlı etimada, möhkəm dostluq əlaqələrinə əsaslanan Rumıniya yüksək texnologiyalı “Bayraktar TB2” PUA-larını inventarına götürən ölkələr siyahısına qoşuldu. İndiyədək 28 ölkə ilə ixrac müqaviləsi imzalamışıq”, - deyə paylaşımda qeyd olunub.

Bildirilib ki, bununla da şirkət 2 Aİ üzvü və 3 NATO ölkəsinə ixrac reallaşdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR