Bank Of Baku

Rumıniyada əhali kütləvi şəkildə yanacaq alır

Rumıniyada əhali kütləvi şəkildə yanacaq alır
# 12 mart 2022 03:42 (UTC +04:00)

Rumıniya əhalisi kütləvi şəkildə yanacaq aldığı üçün məntəqələrdə uzun növbələr yaranıb.

APA-nın “7sur7.be” saytına istinadla xəbərinə görə, əhalinin bu davranışına yanacağın bahalaşacağı ilə bağlı xəbərlər səbəb olub. İnsanlar indidən maksimum yanacaq ehtiyatı tədarük etməyə çalışırlar.

Şayiələrə görə benzinin 1 litrinin 11 leyə (1 ley = 40 qəpik) qədər bahalaşması gözlənilir. Hazırda yanacağın qiyməti regiondan asılı olaraq 7,5 – 8,3 ley arasında dəyişir. Ukraynaya yaxın YDM-lərdən biri yanacağı 11 leyə satdığı üçün cərimələnib.

Dövlət rəsmiləri Rumıniyanın neft istehsalçısı olduğu deyərək qiymət artımına əsas görmürlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR