Bank Of Baku

Rumıniyada qırıcı təyyarə və hərbi helikopter qəzaya uğrayıb - VİDEO

Rumıniyada qırıcı təyyarə və hərbi helikopter qəzaya uğrayıb  - VİDEO
# 03 mart 2022 08:35 (UTC +04:00)

Rumıniyanın Dobruja bölgəsində döyüş təyyarəsi və hərbi helikopter qəzaya uğrayıb.

APA Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə xəbər Rumıniya mətbuatında yayılıb.

MiQ-21 qırıcı təyyarəsinin qəzaya uğraması səbəbindən onun qalıqlarını axtarmağa gedən IAR-330 Puma hərbi helikopteri də eyni bölgədə yerə çırpılıb.

Vertolyotdakı ən azı 5 əsgərin həlak olduğu bildirilir.

Müdafiə Nazirliyi də qəzanı təsdiqləyib və dəqiq məlumata malik olmadığını, lakin yaxın saatlarda qəza ilə bağlı ictimaiyyətə məlumat veriləcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR