Rusiya ilhaq etdiyi dörd Ukrayna regionunda – Donetsk, Luqansk, Zaporoje və Xersonda yerli özünüidarəetmə orqanlarına “seçkilər" keçirəcək.
APA CNN-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ella Pamfilova Prezident Vladimir Putinlə görüşündə deyib.
O, seçicilərin bu ilin sentyabrında yerli qubernatorları və digər rəsmiləri seçəcəklərini qeyd edib.
Rusiya MSK-nın Telegram kanalında "seçkilər"in sentyabrın 10-da keçiriləcəyi qeyd olunub.
Qeyd olunub ki, "seçkilər"in keçirilməsi təşəbbüsü ilhaq edilmiş regionların Rusiya tərəfindən təyin edilmiş qubernatorlarından gəlib. Pamfilova təşəbbüsün Rusiyanın Federal Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyi tərəfindən nəzərdən keçirildikdən sonra təsdiqləndiyini deyib.