Noyabrın 20-nə keçən gecə Rusiya qüvvələri Ukraynanın paytaxtı Kiyevə ballistik raketlərlə hücum edib.
“RBK-Ukrayna”nın Kiyev Şəhər Hərbi Administrasiyasına istinadən verdiyi məlumata görə, hücum nəticəsində paytaxtın Obolon və Podol rayonlarında yanğınlar baş verib.
İlkin məlumata əsasən, Obolon rayonunda üçmərtəbəli bina alovlanıb.
Bildirilib ki, Rusiya qüvvələri gecə ərzində Kiyevə iki dəfə ballistik raketlərlə hücum edib.
İlk partlayışlar yerli vaxtla saat 01:20, ikinci hücum dalğası zamanı isə saat 02:00 radələrində qeydə alınıb.
Dağıntıların miqyası və mümkün xəsarət alanlar barədə hələlik əlavə məlumat verilməyib.