Rusiyanın Kiyevə kamikadze-dronlarla hücumunun təfərrüatları məlum olub.
APA-nın UNİAN-a istinadla xəbərinə görə, şəhər meri Vitali Kliçko bildirib ki, hücum zamanı bir neçə ev dağılıb. Yanğınsöndürənlər və tibb işçiləri hadisə yerindədir.
***
08.37
Kiyevdə səhər saatlarında partlayışlar eşidilib.
APA-nın UNİAN-a istinadla xəbərinə görə, bu barədə şəhər meri Vitali Kliçko bildirib.
Ukrayna Prezidentinin ofisinin rəhbəri Andrey Yermak bildirib ki, Rusiya paytaxta kamkadze-dronlarla hücum edib.
***
08.12
Səhər saatlarında Kiyevdə hava həyəcanı elan edilib.
APA-nın xəbərinə görə, müvafiq məlıumat yerli idarəetmə orqanlarının sosial media hesablarında yerləşdirilib.
Ukrayna mətbuatının məlumatına görə, Kiyevlə yanaşı bir neçə vilayətdə də hava həyəcanı elan olunub.