Bank Of Baku

Rusiya Krivoy Roqu ballistik raketlərlə vurub: 3 nəfər ölüb, 19 yaralı var

Rusiya Krivoy Roqu ballistik raketlərlə vurub: 3 nəfər ölüb, 19 yaralı var
# 23 iyun 2026 13:55 (UTC +04:00)

Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərinə ballistik raketlərlə zərbə endirib, nəticədə 3 nəfər ölüb, 19 nəfər yaralanıb.

Bu barədə "UNIAN" Krivoy Roq Müdafiə Şurasının sədri Aleksandr Vilkula istinadən məlumat yayıb.

Onun sözlərinə görə, mülki infrastruktur obyektinə zərbə endirilib.

Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja bildirib ki, raket zərbəsi nəticəsində Krivoy Roqda sənaye infrastrukturu zədələnib.

O qeyd edib ki, bir neçə yanğın baş verib və xilasedicilər onları söndürüblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR