Rusiya Ukraynanın Odessa limanında ticarət gəmisinə zərbə endirib.
Bu barədə “RBK-Ukranie” Ukrayna Baş nazirinin müavini, infrastruktur və ərazi inkişafı naziri Aleksey Kulebaya istiandən məlumat yayıb.
Kulebanın sözlərinə görə, Toqo bayrağı altında üzən gəmi limanda mineral gübrə boşaltdığı zaman hücuma məruz qalıb.
Hadisə nəticəsində gəmi ekipajının 3 üzvü ölüb, daha 5 dənizçi isə yaralanıb.