Ukraynanın Kiyev vilayəti Rusiya ordusu tərəfindən raket atəşinə tutulub.
APA xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.
Merin sözlərinə görə, Rusiya Silahlı Qüvvələri “Kinjal” hipersəs raketləri ilə zərbələr endirir.
Qeyd edək ki, Kiyev vilayəti ilə yanaşı Ukraynanın Xmelnitski, Vinnitsa və bir sıra qərb vilayətləri raket atəşinə məruz qalıb. Hücum nəticəsində dağıntılar, ölən və yaralananlar barədə məlumat yoxdur.