Rusiya ordusu Ukraynanın Çerniqov vilayətinin Priluki şəhərinə raket zərbələri endirib.
“Unian” xəbər verir ki, hücum nəticəsində ölənlər və yaralananlar var.
Məlumata görə, raketlərdən biri çoxmərtəbəli yaşayış binasına düşüb.
4 nəfərin öldüyü, daha 20 nəfərin yaralandığı bildirilir, onların arasında 3 uşaq da var.
Bundan başqa oktyabrın 7-də Poltava vilayətinin Kremençuq şəhərinə Rusiya ordusunun kütləvi hücumu baş verib, nəticədə yaşayış infrastrukturuna, o cümlədən çoxmənzilli binalara ziyan dəyib.
İlkin məlumata görə, 2 nəfər ölüb, daha 7 nəfər yaralanıb, xilasetmə əməliyyatı davam edir.