Bank Of Baku

Rusiya Ukraynaya kütləvi raket və dron zərbələri endirib, ölənlər var - YENİLƏNİB

Rusiya Ukraynaya kütləvi raket və dron zərbələri endirib, ölənlər var - YENİLƏNİB
# 07 oktyabr 2026 08:08 (UTC +04:00)

Rusiya oktyabrın 7-nə keçən gecə Ukraynaya ballistik və qanadlı raketlər, həmçinin pilotsuz uçuş aparatları ilə kütləvi hücum həyata keçirib.

APA xəbər verir ki, Kiyev, Dnepr və Zaporojyedə partlayışlar baş verib, zərbələrin hədəflərə dəydiyi bildirilib.

Kiyev meri Vitali Kliçko bildirib ki, Obolonski rayonunda yaşayış olmayan ərazidə, Podolski rayonunda isə anbar sahəsində zərbə qeydə alınıb. Darnitski rayonunda açıq ərazidə dağıntıların yandığı, Şevçenkovski rayonunda isə yaşayış olmayan əraziyə zərbə endirildiyi açıqlanıb.

İkinci ballistik raket dalğasından sonra Darnitski rayonunda qaraj kooperativinin ərazisində hücumun nəticələrinin qeydə alındığı bildirilib. Daha sonra Kiyev Şəhər Hərbi Administrasiyası Rusiya zərbələri nəticəsində Darnitski rayonunda iki nəfərin öldüyünü açıqlayıb.

Dnepropetrovsk vilayətinin hərbi administrasiyasının rəhbəri Aleksandr Hanja bildirib ki, Dnepr şəhərində sənaye müəssisələrindən biri vurulub. Zaporojyedə isə nəqliyyat infrastrukturunun obyektinə zərbə endirilib. Hücumun nəticələri ilə əlaqədar bəzi yollarda hərəkətin müvəqqəti məhdudlaşdırıla biləcəyi bildirilib.

Səhər saatlarında Poltava vilayəti də kütləvi raket-dron hücumuna məruz qalıb. Kremençuk şəhərində də partlayışların baş verdiyi bildirilir.

***

07:06

Rusiya ordusu oktyabrın 7-i səhər saatlarında Ukraynanın paytaxtı Kiyevə növbəti hava zərbələri endirib.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində şəhərin müxtəlif ərazilərində binalara və anbarlara ziyan dəyib.

Bundan başqa, Ukraynanın cənub-şərqində yerləşən Dnepr şəhərinə də hava zərbəsi endirilib. Dnepr vilayətinin qubernatoru Aleksandr Hanja hücum nəticəsində sənaye obyektlərindən birinin zərər gördüyünü bildirib. Hadisənin təfərrüatları açıqlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR