Rusiya Prezidenti Vladimir Putinlə Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.
APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı Ukrayna münaqişəsi və Rusiya Federasiyasının təhlükəsizliyinə uzunmüddətli qanuni təminatların verilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Rusiya Prezidenti bu məsələlərə bağlı əsaslı yanaşmalarını qeyd edib. NATO-nun Rusiyanın narahatlıqlarına adekvat cavab verməyə hazır olmadığını qeyd edib.