Rusiya Qara dəniz üzərindən uçan Fransa hərbi təyyarələrini vurmaqla hədələyib

Rusiya Qara dəniz üzərindən uçan Fransa hərbi təyyarələrini vurmaqla hədələyib
# 22 fevral 2024 15:40 (UTC +04:00)

Rusiya Qara dəniz üzərində uçan Fransa hərbi təyyarələrini vurmaqla hədələyib.

APA xəbər verir ki, bu barədə Fransanın silahlı qüvvələr naziri Sebastien Lekornu deyib.

“Bir ay əvvəl Rusiyanın hava nəqliyyatına nəzarət sistemi Qara dənizdə Fransa aviavasitəsini vurmaqla təhdid edib, baxmayaraq ki, biz beynəlxalq azad zonada patrul uçuşu həyata keçirirdik”, - nazir deyib.

Lekornu əlavə edib ki, Moskvanın aqressiv mövqeyi Rusiyanın Ukraynada döyüş meydanında üzləşdiyi çətinliklə izah edilə bilər. O, yaranmış vəziyyəti Soyuq müharibə dövrü ilə müqayisə edib.

"Biz xüsusilə aqressiv Rusiya mövqeyinin qayıtdığını görürük”, - Lekornu deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR