Rusiya səfirliyinin nümayəndəsi Litva XİN-ə çağırılıb

Rusiya səfirliyinin nümayəndəsi Litva XİN-ə çağırılıb
# 14 fevral 2024 13:49 (UTC +04:00)

Rusiya səfirliyinin nümayəndəsi Litva Xarici İşlər Nazirliyinə çağırılıb.

APA xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.

XİN-in bəyanatında bildirilib ki, Rusiya Daxili İşlər Nazirliyinin Litva rəsmilərini axtarışa verməsi ilə əlaqədar etiraz bildirilib.

Rəsmi Vilnüs həmçinin Moskvanı məmurların axtarışa verilməsi qərarını ləğv etməyə çağırıb.

Xatırladaq ki, dünən Rusiya Daxili İşlər Nazirliyi Litvanın mədəniyyət naziri Simonas Kairisi cinayət işi üzrə axtarışa verib.

Axtarış siyahısına Latviyanın ədliyyə naziri İnese Libinu-Eqnere, maliyyə naziri Arvils Aşeradens və kənd təsərrüfatı naziri Armands Krauseni, Estoniyanın Baş naziri Kaya Kallas və dövlət katibi Taymar Peterkop da əlavə edilib.

Adı çəkilən şəxslərin hamısı sovet əsgərlərinin abidələrinin dağıdılması və zədələnməsi ilə bağlı cinayət işi çərçivəsində axtarışa verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR