Bank Of Baku

Rusiya təyyarələrinin Almaniya hava məkanına girişi qadağan edilib

Rusiya təyyarələrinin Almaniya hava məkanına girişi qadağan edilib
# 27 fevral 2022 06:35 (UTC +04:00)

Almaniya hökuməti Rusiya təyyarələrinin ölkənin hava məkanına daxil olmasına qadağa qoyulması barədə göstəriş verib.

APA CNN-ə istinadən xəbər verir kİ, bu barədə Almaniyanın nəqliyyat naziri Volker Vissinq məlumat verib.

Hazırda məhdudiyyət hazırlanır.

Alman aviaşirkəti "Lufthansa" da Ukraynadakı müharibə səbəbindən dərhal Rusiyaya uçuşlar həyata keçirməyəcəyini bildirib.

Şənbə günündən etibarən bütün uçuşlar növbəti yeddi gün ərzində dayandırılıb.

"Sərnişinlərimizin və ekipajımızın təhlükəsizliyi bizim üçün ən böyük prioritetdir",- deyə "Lufthansa" şirkətindən bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR