Rusiya qüvvələrinin Ukraynanın Donetsk vilayətinin Kostyantynivka şəhərinə zərbələr endirməsi nəticəsində azı 16 nəfər həlak olub.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski "Twitter"də paylaşım edib.
"Rusiyalı terrorçular adi bazara, mağazalara və aptekə hücum edərək günahsız insanları qətlə yetiriblər. Ölənlərin sayı daha da arta bilər.
Yaxınını itirən hər kəsə başsağlığı verirəm. Rus şərini mümkün qədər tez məğlub etmək lazımdır", Zelenski paylaşımında bildirib.